NATO-ya üzv olan ölkələr müdafiə xərclərini artıracaqbackend

NATO-ya üzv olan ölkələr müdafiə xərclərini artıracaq

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bildirib ki, NATO ölkələri ümumi daxili məhsullarının 2%-dən çoxunu müdafiəyə sərf etmələri zərurətini yaxşı bilirlər:

“Biz müdafiə xərclərinə 2 faizdən çox xərcləməli olacağıq”.

Mitsotakis bunu  Finlandiyada Avropa İttifaqının təhlükəsizliyi, müdafiə və miqrasiya ilə bağlı keçirdiyi mətbuat konfransında deyib:

“ABŞ-nin yeni prezidenti ilə görüşəndə ​​dərhal NATO çərçivəsində hansı rəqəmdə razılaşacağımız bəlli olacaq”. Yanvarın 20-də vəzifəsinin icrasına başlayan Donald Tramp NATO müttəfiqlərindən müdafiə xərclərini hazırkı ümumi daxili məhsulun 2 faizindən iki dəfə çox artırmasını istəyir. Trampın komandası Avropa rəsmilərinə bildirib ki, Amerika NATO üzvlərindən müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmağı gözləyir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*