“Ermənilərə nifrət edən Navalnını Ermənistanın İctimai Televiziyasının efirində göstərirlər” – Vladimir Solovyovbackend

"Ermənilərə nifrət edən Navalnını Ermənistanın İctimai Televiziyasının efirində göstərirlər" - Vladimir Solovyov

Rusiyadakı konstitusiya dəyişiklikləri ilə bağlı bir reportajda Ermənistanın İctimai Televiziyası ermənilərə və Ermənistana nifrət edən müxalifətçi Aleksey Navalnını göstərir.

KONKRET.az xəbər verir ki, bunu YouTube-dakı “Solovyov-LIVE” kanalında məşhur rusiyalı jurnalist Vladimir Solovyov deyib.

“Görün, necə maraqlıdır, biz Ermənistanı, dost ölkəmizi çox sevirik, ancaq onlar səsvermə ilə bağlı şərhdə dost Ermənistan kimləri göstərir. Ermənistanda, İctimai Televiziyada, düzəlişlərin səsverməsi ilə bağlı bir reportajda erməniləri “xaç” adlandıran, ermənilərə, Ermənistana nifrət edən millətçi Navalnını nümayiş etdirirlər. Və siz – İctimai TV, bu şəxsi çıxarıb öz efirinizdə göstərirsiniz?! Siz nə edirsiniz!” deyib Solovyov.

Ermənistanın İctimai Televiziyası təxminən 3 dəqiqə davam edən “Ümumrusiya Referendumunun son və əsas günü: müxalifət və hakimiyyətin rəyi” adlı reportaj hazırlayıb.

Aleksey Navalnı

Videoda Rusiyanın müxalifət lideri Aleksey Navalnının videomüraciətindən aşağıdakı məzmundan bir parça da yer alır:

“İndi baş verənlər tam uydurmadır. Əsas məqam Putinin prezidentlik müddətini sıfırlamaqdır.

Dəyişikliklərin bir hissəsi kimi hər şey, hətta pişiklərin hüquqları da reklam olunur, lakin Putinin müddətinin sıfırlanması deyilmir. Vətəndaş addımınızla faydalı bir iş görmək istəyirsinizsə, seçki məntəqələrinə getməyin, amma insanlara baş verənlər barədə həqiqəti söyləyin”.

Xatırladaq ki, Rusiyada konstitusiya dəyişiklikləri ilə bağlı səsvermə iyunun 25-də başlamış və 1 iyul axşamı başa çatmışdır.

Rusiya MSK-nın açıqladığı məlumatlara görə, onlayn bülletenlərin 99%-nin işlənmiş nəticələrinə əsasən, seçicilərin 78,03% Konstitusiyaya düzəlişlərin lehinə, 21,16% əleyhinə səs verib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*