Navalnı ilə bolqar iş adamını Rusiya kəşfiyyatı zəhərləyib? – Mediadan araşdırmabackend

Navalnı ilə bolqar iş adamını Rusiya kəşfiyyatı zəhərləyib? – Mediadan araşdırma

The Insider, Der Spiegel və Bellingcat nəşrləri Navalnını müalicə edən Alman həkimlərin 2015-ci ildə Bolqarıstanda zəhərlənmiş iş adamı Yemelyan Gebrevi müalicə edən bolqar həmkarları ilə əlaqə qurduğunu bildirib.

KONKRET.az xəbər verir ki, RBK yazır ki, müxalifətçi oxşar maddə ilə zəhərlənib.

Almaniyanın Der Spiegel nəşrinə görə, mütəxəssislər inanırlar ki, Navalnı ilə Gebrev  orqanofosfatlar ailəsindən olan eyni maddədən zəhərləniblər. Bunlara insektisidlər, həmçinin sinir toksinləri, sarin və “Noviçok” kimi preparatlar daxildir. Yemelyan Gebrev və oğlu Hristo 2015-ci ilin aprel ayının sonunda Sofiyada özlərini pis hiss ediblər. Gebrev komaya düşüb. Medianın Helsinki Universitetinin mütəxəssislərinə istinadən verilən məlumata görə, onlar “Noviçok” preparatı tərəfindən zəhərlənib. Bir ay sonra iş adamının vəziyyəti yaxşılaşmağa başlasa da, may ayında yenidən xəstəxanaya yerləşdirilib.

2019-cu ilin noyabr ayında The Insider, Der Spiegel və Bellingcat 8 Rusiya hərbi kəşfiyyatının Gebrevin zəhərlənməsində iştirak etdiyini bildirib.

Onlardan biri – Sergey Fedotov (nəşrlər onun əsl adının Denis Sergeyev olduğunu iddia edir) keçmiş GRU zabiti Sergey Skripalın və qızının Londonda zəhərlənməsində də iştirak edib, İnsider və Bellingcat yazıb.

İngiltərə tərəfi Skripalların Rusiyanın istehsal etdiyi “Noviçok”dan zəhərləndiyini bildirib. Moskva zəhərlənmə ilə əlaqəli bütün iddiaları rədd edib.

Aleksey Navalnı avqustun 20-də Tomskdan Moskvaya uçan təyyarədə xəstələnib. Omsk şəhərinə təcili eniş etdikdən sonra o, 1 nömrəli təcili tibbi yardım xəstəxanasına daxil olub. Ertəsi gün Alman həkimləri ilə bir təyyarə Omska gəlib, orada Navalnının müalicəsini davam etdirmək üçün Almaniyaya göndərilməsi planlaşdırılıb. Hər iki ölkənin həkimləri Navalnını müayinə etdikdən sonra daşınmasına təcili ehtiyac olmadığı qənaətinə gəliblər. Lakin, həmin axşam Moskva mütəxəssislərinin iştirakı ilə bir tibbi şura Navalnının daşınmasının mümkünlüyünə qərar verib Eyni zamanda, alman həkimlər 22 avqust səhər Almaniyaya uçmağa hazır olduqlarını açıqlayıblar.

Daha sonra Navalnının mətbuat katibi Kira Yarmış Almaniyanın “Şarite” klinikasının Navalnının zəhərləndiyini təsdiqlədiyini söyləyib.

“Şarite klinikasının həkimləri Navalnının xolinesteraz inqibitorları qrupundan olan bir maddə ilə zəhərləndiyini təsdiqlədilər. Alekseyin vəziyyəti sabitdir, lakin o hələ də komadadır” deyib.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*