Navalnı “Qurani-Kərim”ə görə həbsxananı məhkəməyə verdibackend

Navalnı “Qurani-Kərim”ə görə həbsxananı məhkəməyə verdi

Rusiyalı müxalif Aleksey Navalnı saxlanıldığı həbsxananın rəhbərliyini məhkəməyə verib.

KONKRET.az xəbər verir ki, bu barədə onun sosial şəbəkə hesabında məlumat yerləşdirilib.

Bildirilib ki, buna səbəb ona “Qurani-Kərim” verilməsindən imtina olunmasıdır.

Onun sözlərinə görə, cəza çəkdiyi həbsxanada özünü inkişaf etdirmək üçün müəyyən hədəflər qoyub:

“Hədəflərimdən biri də “Qurani-Kərimi və Həzrəti Məhəmmədi dərindən anlamaqdır. Mənə “Qurani-Kərim vermirlər. bu, son dərəcə əsəb pozucudur”.

Navalnı ətrafındakı hər kəsin İslam və müsəlmanlardan danışdığını bildirib:

“Əlbəttə, bunların 99 faizi nə haqqında danışdığını bilmir. Mən də müsəlman olmayan rus siyasətçilər arasında “Qurani-Kərimi” ın yaxşı bilən olmaq qərarına gəldim. Bundan başqa, “Qurani-Kərimi təhlil etməyin bir xristian olaraq inkişafıma da töhfə verəcəyinin fərqinə vardım”.

O əlavə edib ki, həbsxanaya gələrkən çox sayda kitab gətirib, ancaq bunların hamısı “ekstremizm” yoxlamasından keçib:

“Bu yoxlamalar üç ay çəkir. “Qurani-Kərim”i ekstremizm yoxlamasından keçirmək axmaqca və qeyri-qanunidir. Buna görə həbsxana rəhbərliyini məhkəməyə verdim. Daha nə qədər səbr edə bilərəm? “Qurani-Kərim”i də oxumaq yasaqdır? Kitablar hər şeyimizdir və əgər kitab oxumaq üçün də məhkəməyə gedəcəyəmsə, gedərəm”. qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*