Navalnı Rusiyaya qayıdacaq? – ABŞ mediası bu haqda yazdıbackend

Navalnı Rusiyaya qayıdacaq? – ABŞ mediası bu haqda yazdı

Aleksey Navalnı Alman prokurorluğunun bir nümayəndəsinə verdiyi müsahibədə Rusiyaya qayıtmaq istəyini deyib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı ABŞ-ın “New York Times” nəşri yayıb.

Mənbə bildirir ki, Navalnı tamamilə özünə gəlib və ağlı özündədir.

Sağaldığı Almaniyanın Charite klinikası da rus müxalifətçisinin vəziyyətinin yaxşılaşdığını təsdiqləyir. Onun süni aparatla əlaqəsi kəsilib. Navalnı yataqdan qalxmağı da bacarır.

“New York Times” da Navalnının Rusiya səlahiyyətlilərinin zəhərlənmə hadisəsinin birgə araşdırılması təklifini rədd etdiyini yazıb.

Aleksey Navalnı 20 avqustda səhər Tomskdan Moskvaya uçan təyyarədə xəstələnib.

Təyyarədə tərləyib, tualetə gedəndə  huşunu itirib.

Omska təcili enişdən sonra siyasətçi xəstəxanaya yerləşdirilib. Xəstəxanada komada olub və süni nəfəs aparatına qoşulub. Navalnı həkimlərin zəhərlənmə əlamətləri tapmadığı 1 saylı Omsk təcili xəstəxanasından Berlin klinikasına aparılıb.

Alman klinikaları müxalifətçinin zəhərləndiyini təsdiqləyib.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*