Navalnı zəhərlənmə istintaqına görə Rusiya ilə əməkdaşlıqdan imtina etdibackend

Navalnı zəhərlənmə istintaqına görə Rusiya ilə əməkdaşlıqdan imtina etdi

Zəhərlənmədən sağalan Rusiya müxalifətinin lideri Aleksey Navalnı Almaniya Federal Prokurorluğuna verdiyi müsahibədə Berlin ilə Moskvanın təklif etdiyi birgə istintaq çərçivəsində Rusiya tərəfi ilə əməkdaşlıq etməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, sentyabrın əvvəlində Almaniyanın Xarici İşlər Naziri Heyko Maas Almaniyanın Navalnı ilə əlaqəli ekspertlərin məlumatlarının Rusiyaya ötürüləcəyini söyləyib.

“Navalnı hələ də Alman polisinin qoruması altında xəstəxanadadır. O, Alman prokurorluğunun nümayəndəsi ilə söhbəti zamanı Rusiyanın Almaniyaya təklif etdiyi birgə araşdırma tələbini rədd edib“. Təhlükəsizlik xidmətinin əməkdaşı belə deyib.

Aleksey Navalnı 20 avqustda səhər Tomskdan Moskvaya uçan təyyarədə xəstələnib.

Təyyarədə tərləyib, tualetə gedəndə huşunu itirib.

Omska təcili enişdən sonra siyasətçi xəstəxanaya yerləşdirilib. Komada olan bloger süni nəfəs aparatına qoşulub. Navalnı həkimlərin zəhərlənmə əlamətləri tapmadığı 1 saylı Omsk təcili xəstəxanasından Berlin klinikasına aparılıb.

Alman klinikaları müxalifətçinin zəhərləndiyini təsdiqləyib.

Babək Göyüş                       

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*