Rusiya müxalifətinin lideri Aleksey Navalnının harada olması barədə məlumatın yoxuğu fonunda, onun yerini deyənə mükafat vəd edilib.
KONKRET.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Kira Yarmış məlumat verib.
“Bizə etibarlı məlumat verə bilən hər kəsə mükafat vəd etmişik. Biz hələ də kiminsə bizə məlumat verə biləcəyinə ümid edirik. Çox vaxt məhbus köçürüldükdə digər məhbuslar heç olmasa bir şeyin fərqinə varırlar. Çox vaxt nəyisə görən mühafizəçilər olur”, – deyə mətbuat katibi bildirib.
O, həmçinin Navalnının Rusiyada prezident seçkiləri ərəfəsində qəsdən təcrid olunduğu fikrini də ifadə edib.
Burhan,
KONKRET.az