Navalnının meyiti ailəsinə iki həftədən sonra veriləcək – AÇIQLAMAbackend

Navalnının meyiti ailəsinə iki həftədən sonra veriləcək - AÇIQLAMA

Rusiya həbsxanasında dünyasını dəyişmiş müxalifət lideri Aleksey Navalnının cəsədinin iki həftədən sonra ailəsinə veriləcəyi gözlənilir.

KONKRET.az Britaniya mediasına istinadən xəbər verir ki, bu barədə Navalnının nümayəndəsi bildirib. Onun sözlərinə görə, Navalnının anasına oğlunun meyitinin “kimyəvi analiz üçün saxlanıldığı” deyilib.

Rusiya hakimiyyət orqanları tərəfindən cəsədin harada olduğu təsdiqlənməsə də, onun tapılması cəhdləri dəfələrlə dayandırılıb.

Mərhum siyasətçinin dul xanımı Yuliya Navalnaya bunu ərinin zəhərlənməsinin izinin yoxa çıxarılmasına cəhdi kimi qiymətləndirib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*