Navalnıya cinayət işi açıldıbackend

Navalnıya cinayət işi açıldı

Aleksey Navalnıya qarşı dələduzluqla bağlı cinayət işi açılıb.

KONKRET.az xəbər evrir ki, bunu Rusiya İstintaq Komitəsinin rəsmisi Svetlana Petrenko deyib.

“Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsinə “xüsusilə böyük miqyasda dələduzluq” əsasən Aleksey Navalnı və digər şəxslərə qarşı cinayət işi başlanması üçün kifayət qədər məlumat toplayıb”, – Petrenko bildirib.

İstintaqın məlumatına əsasən, Korrupsiyaya qarşı Mübarizə Fondu, “İlin 5-ci mövsümü” KİV-ə dəstək Fondu, Vətəndaşların Hüquqlarının Müdafiəsi Təşkilatı və Koordinasiyası Fondu, Vətəndaşların Hüquqi Dəstəyi Fondu və “Qərargah” Vətəndaşların Hüquqlarının Müdafiəsi Fondu da daxil olmaqla bir sıra qeyri-kommersiya təşkilatları üçün fiziki şəxslərdən 588 milyon rubl pul toplanılıb.

“Pullar bu təşkilatların məqsədləri üçün nəzərdə tutulmuşdu. Amma Navalnı bu məbləğin 356 milyon rubldan çoxunu şəxsi məqsədlər üçün, o cümlədən şəxsi əmlak əldə etmək və xaricdəki tətillər də daxil olmaqla xərclərin ödənilməsi üçün xərcləyib”, – komitədən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*