Navasardyan: “Rusiya telekanallarına qarşı cinayət işləri açılmalıdır”backend

Navasardyan: "Rusiya telekanallarına qarşı cinayət işləri açılmalıdır"

“Rusiya telekanallarına qarşı cinayət işlərinin başlanmasını zəruridir. Çünki onların verilişlərində müharibə təbliğatı, etnik ədavətin qızışdırılması formasında cinayət tərkibi kifayət qədərdir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Yerevan Mətbuat Klubunun fəxri prezidenti Boris Navasardyan bildirib. O, CivilNet-ə müsahibəsində 2020-ci ildə bağlanmış hökumətlərarası saziş çərçivəsində Rusiya tərəfi ilə işləməyi və bu telekanalların ayrı-ayrı paketlərini Ermənistanda təbliğat xarakterli siyasi proqramlar olmadan yayımlamağı təklif edir:

“Hesab edirəm ki, baş nazir Nikol Paşinyanla bağlı qalmaqallı verilişdən sonra Rusiyanın üç dövlət televiziyasının Ermənistanın ictimai multipleksində yayımına qadağa qoyulması ideyası yanlışdır”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*