Polşa Prezidenti Tomas Navrotski ölkəsinin Ukrayna ilə münasibətləri barədə danışarkən bildirib ki, Varşava bundan sonra əməkdaşlığı bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında qurmaq niyyətindədir.
KONKRET.az xəbər verir ki, dövlət başçısı Wpolsce24 nəşrinə müsahibəsində vurğulayıb ki, Polşa və Ukrayna arasındakı münasibətlər qarşılıqlı balans və anlayışa əsaslanmalıdır:
“Bu münasibətlər tərəfdaşlıq xarakteri daşımalıdır və Polşa dövləti ilə Ukraynanın maraqları arasında balansın axtarışına əsaslanmalıdır. Polşanın maraqları Ukraynanın bütün tələblərini qeyd-şərtsiz yerinə yetirmək üçün vasitə kimi qəbul edilə bilməz,” – deyə Navrotski qeyd edib.
Prezident əlavə edib ki, Polşa Ukraynanı dəstəkləməyə davam edəcək, lakin öz milli maraqlarını prioritet sayacaq. Onun sözlərinə görə, bu, həm təhlükəsizlik, həm də iqtisadi münasibətlər baxımından ölkənin uzunmüddətli sabitliyini təmin etmək üçün vacibdir.
Müşviq Tofiqoğlu,
KONKRET.az
