Naxçıvan xalçası 131 minə alındı, Azərbaycana gətirilirbackend

Naxçıvan xalçası 131 minə alındı, Azərbaycana gətirilir

İtaliyalı kolleksiyaçı Mirko Kattainin şəxsi kolleksiyasında qorunub-saxlanılan XVIII əsrə aid Naxçıvan xalçası Azərbaycana gətiriləcək.

KONKRET.az Kult.az-a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi bununla bağlı kolleksiyaçı ilə müqavilə bağlayıb.

Müqavilədə Mirko Kattainin şəxsi kolleksiyasında qorunub-saxlanılan XVIII əsrə aid Naxçıvan xalçasının satın alınması nəzərdə tutulur. Bunun isə Azərbaycan Milli Xalça Müzeyinin xalça kolleksiyasının zənginləşdirilməsi məqsədi daşıdığı bildirilir.

Müqaviləyə əsasən sözügedən xalçanın alqı-satqısı 131 min manata başa gələcək.

İtaliyada bir çox nadir və qədim Azərbaycan xalçası muzey və şəxsi kolleksiyalarda saxlanmaqdadır. Xalça muzeyi İtaliyanın məşhur muzey və qalereyaları ilə sıx əməkdaşlıq edir. İndiyədək bir çox qədim və tarixi əhəmiyyətli nadir sənət nümunələri italiyalı kolleksiyaçı Mirko Kattaidən əldə edilərək Xalça Muzeyinə təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*