Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin səbəbi məlum olub.
KONKRET.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Qida zənciri nəzarət şöbəsinin müdiri Orxan Orucovun jurnalistlərə verdiyi açıqlamaya görə, Naxçıvan şəhər Heydər Əliyev prospektində yerləşən “Kassap dönər”də 17 nəfər kütləvi qida zəhərlənməsinə məruz qalması ilə bağlı məlumat daxil olan kimi təxirəsalınmaz tədbirlər agentlik tərəfindən görülüb:
“Əməkdaşlarımız hadisə baş vermiş dönərxanada müvafiq tədbirləri həyata keçirib, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb, müvafiq tədbirlər görülüb və nümunələr seçilərək Naxçıvan qida təhlükəsizliyi institunun labaratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir. Ətraflı nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.
Qurum rəsmisi bildirib ki, baş verən hadisə həm mövsümlə də, həm də məhsulların saxlanması, istifadə qaydalarının pozulması ilə əlaqədar ola bilər.
“Araşdırma davam etdirilir, qida zəncirinin müvafiq mərhələlərində aparılan araşdırma istər çiy dönər saxlanılması və ya emalı müəsissəsində, dönər üçün nəzərdə tutulan, həm də termiki emala məruz qalmış dönərdən də nümunələr seçilir və orada istifadə olunan dönər üçün nəzərdə tutulan souslar, ketçuplar, moyanezlərdən də nümunələr seçilib, qida təhlükəsizlik institunun labaratoriyasına təqdim olunub. Ümumiyyətlə, həmin məhsullarla bağlı normativ hüquqi akt qəbul olunub. Həmin aktda qeyd olunan temperatur rejimi məsələlərinə əməl etmək lazımdır. Apardığımız müşahidələr zamanı istifadə olunan moyanez, ketçup və digər sousların müvafiq temperaturda saxlanmağı, gigiyenik qaydaların pozulması sonda bu kimi arzuolunmaz hadisələrə səbəb olur”.