Naxçıvanda əhalinin banklardakı əmanətləri rekord həddə çatdıbackend

Naxçıvanda əhalinin banklardakı əmanətləri rekord həddə çatdı

Naxçıvanda əhalinin banklardakı əmanətləri rekord həddə çatıb. Bu ilin ilk yarısında muxtar respublikada fəaliyyət göstərən banklarda əhalinin əmanətlərinin həcmi 20,2% artaraq 15,23 milyon manat təşkil edib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan Muxtar Respublikası İdarəsindən bildirilib.

Depozitlərin 14,51 milyon manatı və ya 95,3 %-i milli valyutada, 720,7 min manatı və ya 4,7 %-i isə xarici valyutada yerləşdirilib. Başqa sözlə, milli valyutada yerləşdirilən vəsaitlər son bir ildə 22% artsa da, xarici valyutada olan əmanətlər 7,7% azalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*