Naxçıvanda su basmış ərazilər təmizləndi – YENİLƏNİB + FOTOLAR/VİDEObackend

Naxçıvanda su basmış ərazilər təmizləndi - YENİLƏNİB + FOTOLAR/VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində fərdi ev və həyətyanı sahələrin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

FHN-dən KONKRET.az-a verilən məlumata görə, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

20:05

Naxçıvan şəhərinə yağan intensiv yağışlar nəticəsində bəzi ərazilər subasmaya məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, bəzi fərdi evlərin və həyətyanı sahələrə su dolub və fəsadların aradan qaldırılması istiqamətində nazirliyin qüvvələri tərəfindən zəruri tədbirlər görülüb.

Belə ki, müvafiq ərazilərə Mülki Müdafiə Alayın qüvvələri cəlb olunub. Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilir.

 

 

Naxçıvanda su basmış ərazilər təmizləndi - YENİLƏNİB (FOTOLAR/VİDEO)

Naxçıvanda su basmış ərazilər təmizləndi - YENİLƏNİB (FOTOLAR/VİDEO)

Naxçıvanda su basmış ərazilər təmizləndi - YENİLƏNİB (FOTOLAR/VİDEO)Naxçıvanda su basmış ərazilər təmizləndi - YENİLƏNİB (FOTOLAR/VİDEO)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*