Naxçıvanda qəbiristanlıqda dava olub.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhər qəbiristanlığında baş verib. Orada gül satan 1992-ci il təvəllüdlü Orxan Məmmədov (adı və soyadı şərtidir) yaxınlarının məzarını ziyarətə gələn şəxslə gülün qiymətinə görə mübahisə edib. Mübahisə davaya çevrilib və O.Məmmədov piştaxtada içərisinə gül yığdığı diskə oxşayan dəmir alətlə həmin şəxsin baş və bədən nahiyələrinə zərbələr endirib. Nəticədə həmin şəxsin burnu və qabırğaları sınıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər, O.Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş Naxçıvan Şəhər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxslə zərərçəkmiş arasında barışıq elan olunub. Məhkəmə buna görə cinayət işinə xitam verib.
