Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər – 230 minlik iddiabackend

Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər - 230 minlik iddia

Naxçıvanda 11 saylı çörək zavodunun 60 kvadratmetr torpaq sahəsi zəbt edilib. Həmin torpaq sahəsində yerləşən 47 kvadratmetr sahəsi olan bufet-çayxana sökülüb.

KONKRET.az musavat.com-a istinadla xəbər verir ki, zavod rəhbəri məhkəməyə müraciət edərək sökülən tikili üçün 100 min manat, sökülən gündən əldənçıxmış fayda kimi 80 min manat, mənəvi ziyana görə isə 50 min manat tələb edib.

İş adamı ümumilikdə 230 minlik iddianı Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı qaldırıb.

Məhkəmə zamanı məlum olub ki, zavod rəhbəri icra hakimiyyəti ilə razılıq əldə etdiyi üçün iddiadan imtina edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*