Naxçıvan şəhərinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
KONKRET.az xəbər verir ki, dekabrın 24-də 110/35/10 kilovoltluq “Naxçıvan” yarımstansiyasından qidalanan 10 kilovoltluq 19 və 20 nömrəli hava elektrik xətlərində cari təmir işləri aparılacaq.
Təmir işləri ilə əlaqədar Zərifə Əliyeva küçəsi, 54-cü məhəllə, Nəriman Nərimanov, Həzi Aslanov, Vaqif, Vüqar Qasımov və Səməd Vurğun küçələrində elektrik enerjisinin verilişində saat 15:00-dan 16:00-dək fasilə yaranacaq./report