Nazarbayevdən qazax xalqına VİDEOMÜRACİƏT: “Biz güclü əcdadların müasir nəslindənik”backend

Nazarbayevdən qazax xalqına VİDEOMÜRACİƏT: “Biz güclü əcdadların müasir nəslindənik”

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Bu gün Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev qazax xalqına videomüraciət edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı Elbaşının mətbuat xidməti yayıb.

Müraciətində o, hazırda ölkənin çətinliklərdən keçdiyini qeyd edib və koronavirusdan müalicə zamanı aldığı xoş arzulara görə təşəkkür edib.

“Pandemiya səbəbiylə bütün dünya çətin bir an yaşayır, mən bunu özüm yaşadım. Hər kəsə təşəkkür etmək istəyirəm, xoş istəkləriniz sayəsində sağaldım. Çox təşəkkür edirəm. İndi ölkədə xəstə olan vətəndaşlar da var, tez bir zamanda sağalmalarını diləyirəm və sağalacaqlarına inanıram. Biz güclü əcdadların müasir nəslindənik, bunun öhdəsindən gələcəyik” deyib.

O, həmçinin bu gün qeyd etdiyi 80 illik yubileyi münasibətilə onu təbrik edənlərə minnətdarlığını bildirib.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*