Nazarbayevin nəvəsi Böyük Britaniyadan sığınacaq istədibackend

Nazarbayevin nəvəsi Böyük Britaniyadan sığınacaq istədi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanın ilk prezidentinin nəvəsi Aysultan Nazarbayev Böyük Britaniyada sığınacaq istəyib.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə Aysultan özünün Facebook səhifəsində yazıb:

“Mən Böyük Britaniyada siyasi sığınacaq tələb edirəm. Son 5 il boz zolaqlarla əhatə olunmuşam. İnsanlar əslində nə baş verdiyini və nə üçün baş verdiyini bilməlidir”.

O, öz postunda ailəsindəki çətin vəziyyət haqda da yazıb:

“Bu dəfə onlar məni zorla tutub bədənimə psixotrop maddə yeritdilər və müalicə kursunun keçməsi bəhanəsi ilə 14 ay həbsxanada çürüməyə göndərdilər. Hüquqlarım tapdalandı və Nursultan Nazarbayev məni intiqam hissi ilə yaşayan anamın əlinə verdi. Həbsimin 12-ci ayında Moskva yaxınlığındakı qanunsuz həbsxanada, Oryol şəhərində anam yanıma gəlmişdi. O mənə itaətimi görmədiyini dedi. Nəticədə bu həbsxanada qaldım və tamamilə ona itaət edənədək ordan çıxmadım.

Nəticədə 14 aylıq qəzəb və intiqam hisslərindən xilas oldum! Alnur Musayevin sayəsində Rusiyanın xüsusi xidmət orqanları məni oradan çıxardılar. Məndən hətta vaxtilə kömək etdiyim qayınatam Qayrat Boranbayev də üz döndərdi. Almatıya gələndən sonra Nursultan Nazarbayevlə anam həyatımı yenə məhv etdilər.

Xatırladaq ki, 2019-cu ilin oktyabrında Aysultan Londonda polisə hücum ittihamı ilə şərti həbs cəzası alıb. Həmin dövrdə o, sınaq müddəti keçməli, narkotikaya olan asılılıqdan azad olmalı və cərimə ödəməli idi.

O, narkotiklərin təsiri altında olan polislərə müqavimət göstərməkdə, onlardan birini vurmaqda və dişləməkdə təqsirli bilinib.

Aysultan Nazarbayev Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevanın və mərhum Rahat Əliyevin oğludur.

O, Sandherst şəhərində Kral Hərbi Akademiyasını bitirib və Qazaxıstan Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin ştatına daxil edilib.

2017-ci ildə Aysultan Qazaxıstan Futbol Federasiyasında işləyib.

Xatırladaq ki, Özbəkistanın ilk prezidentinin böyük nəvəsi İslam Kərimov 2018-ci ildə Böyük Britaniyadan sığınacaq istəyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*