Nazarbayevin sözçüsündən Elbaşının sağlamlığı haqqında AÇIQLAMAbackend

Nazarbayevin sözçüsündən Elbaşının sağlamlığı haqqında AÇIQLAMA

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanın birinci Prezidentinin mətbuat katibi Aydos Ukibay koronavirus infeksiyasına yoluxmuş Nursultan Nazarbayevin vəziyyətindən danışıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə o, öz Twitter səhifəsində yazıb.

“Bu günlərdə Elbaşının səhhəti ilə bağlı mediadan çoxlu sorğular gəldi. Sizə bildirmək istəyirəm ki, Nursultan Nazarbayev həkimlərin tövsiyələrini yerinə yetirir və özünü təcrid etməkdə davam edir” deyə Ukibay bildirib.

“Təəssüf ki, Qazaxıstanın birinci Prezidenti Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə keçirilən paradda iştirak edə bilmədi. Ancaq Elbaşı paradın canlı yayımını izlədi” deyə o vurğulayıb.

Nursultan Nazarbayevin COVID-19 üçün müsbət test nəticəsi alması faktı iyunun 18-də elan edilib.

                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*