Nazilə Səfərli öldürülən məşhur həkimlə bağlı ilginc faktları AÇIQLADI – FOTObackend

Nazilə Səfərli öldürülən məşhur həkimlə bağlı ilginc faktları AÇIQLADI - FOTO

Məşhur qiraətçi, xınayaxdı məclisləri ilə ad çıxarmış Nazilə Səfərli ötən gün qətlə yetirilən tanınmış həkim Türkan Gündüzlə bağlı ilginc faktlar açıqlayıb.

KONKRET.az xəbər verir ki, sənətçi “İnstagram” sosial şəbəkəsində paylaşdığı videoda bildirib:

“Onunla kitabının təqdimatında tanış olmuşdum. Təqdimat mənə həvalə olunmuşdu. Bununla bağlı danışığa gedəndə gördüm ki, Türkan həkim iki qızı və həyat yoldaşı ilə gəlib. Bu mənə qəribə gəlmişdi ki, danışığa niyə belə külfətlə gəlib. Sonradan başa düşdüm ki, əri bunu qaraba-qara, addım-addım izləyir. Təqdimatda da bunu müşahidə etdim. Əri heç bir əsası olmadan, “takıntılı” olaraq qısqanırdı”.

Nazilə Səfərli zamanında mərhumun anası tərəfindən zorla ərə verildiyini deyib: “Əri bilirsiniz nəyi qəbul edə bilmirdi? Türkan ərə gedəndə savadsız olub, daha sonra yüksəlib. Anası çox erkən yaşda onu zorla ərə verib, kişi çox imkanlı olduğu üçün”.

Sənətçi qeyd edib ki, hadisə baş verməzdən əvvəl cütlük boşanma ərəfəsində olub: “Türkanın əri ya evin xadiməsi, ya da uşağın dayəsi ilə eyş-işrət yaşayıb. Türkan bundan xəbər tutub və boşanmağa gedib. Lakin anası israrla onu barışdırıb və Türkan barışıb, nəticədə bu hadisə baş verib.

İnşallah ki, onu qətlə yetirən əri çox ağır cəza çəkər. Onu zorla ərə verib, sonra da zorla barışdırıb, ölümünə səbəb olan anası isə indi qızının qara baş daşını qucaqlayar”.

Xatırladaq ki, tanınmış plastik cərrah Türkan Gündüzün mayın 7-də Türkiyə vətəndaşı olan həyat yoldaşı Məhəmməd Gündüz tərəfindən aralarında yaranmış mübahisə zəmnində qətlə yetirildiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*