Nazir onu penitensiar kompleksə rəis göndərdi – FOTObackend

Nazir onu penitensiar kompleksə rəis göndərdi - FOTO

Babək Əhliman oğlu İsgəndərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran müasir penitensiar kompleksinə rəis təyin edilib.

KONKRET.az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Babək İsgəndərov bundan əvvəl 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb. Hazırda 12 saylı cəzaçəkmə müəssisəsinin rəis vəzifəsinin icrası rəis müavini Cavid Səfərova tapşırılıb.

Xatıradaq ki, Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksi ötən ilin yanvar ayında istifadəyə verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*