Nazirin rəhbərlik etdiyi federasiyanın vergi borcu yarandıbackend

Nazirin rəhbərlik etdiyi federasiyanın vergi borcu yarandı

“Azərbaycan Cüdo Federasiyası” İctimai Birliyinin vergi borcu yaranıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, Federasiyanın dövlətə olan borcu 931.39 AZN-dir.

Büdcədən maliyyələşən və Nizamnamə kapitalı 0 AZN olan ictimai birliyin qanuni təmsilçisi Rəşad Nəbi oğlu Nəbiyevdir. O, rəqəmsal inkişaf və nəqliyyat naziridir.

Xatırlatma: Təşkilata 2024-cü il üzrə vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə maliyyə sanksiyası tətbiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*