Nazirlərin öldüyü təyyarə qəzasına görə matəm elan edildibackend

Nazirlərin öldüyü təyyarə qəzasına görə matəm elan edildi

Qana hakimiyyəti iki nazir də daxil olmaqla 8 nəfərin ölümü ilə nəticələnən helikopter qəzası ilə bağlı üçgünlük matəm elan edib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölkə hökuməti qəzanı “milli faciə” adlandırıb.

Bundan əlavə, səlahiyyətlilər qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, hadisə avqustun 6-da Akrofuon şəhəri yaxınlığında baş verib. Təyyarədə müdafiə naziri Edvard Omane Boama və ətraf mühit, elm və texnologiya naziri İbrahim Murtala Məhəmməd də daxil olmaqla 8 nəfər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*