Nazirlik 3 gəmi istifadəçisini cərimələdi – VİDEObackend

Nazirlik 3 gəmi istifadəçisini cərimələdi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə reyd keçiriblər.

Nazirlikdən KONKRET.az-a verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrinin Xəzər dənizi ərazisində təşkil edilmiş reyd zamanı 12 asma mühərrikli qayıq saxlanılaraq onların texniki və qeydiyyat sənədləri, sürücülük vəsiqəsi, təchizat və xilasetmə vasitələri yoxlanılıb.

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq bəndlərini pozan 3 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*