Nazirlik iş və istirahət günlərinin yerinin dəyişdirildiyini açıqladıbackend

Nazirlik iş və istirahət günlərinin yerinin dəyişdirildiyini açıqladı

Elm və Təhsil Nazirliyi iş və istirahət günlərinin yerinin dəyişdirildiyinə dair məlumat yayıb.

KONKRET.az-ın məlumatına görə, Nazirlik bildirib:

“Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra ilk iş günü isə 13 noyabrdır.

Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən olunub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*