Nazirlik: “OPEC+” çərçivəsində neft hasilatının azaldılması optimal olmazbackend

Nazirlik: "OPEC+" çərçivəsində neft hasilatının azaldılması optimal olmaz

“OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatı – OPEC, və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində bazarda tələbin düşməsi şəraitində gündəlik neft hasilatının daha 1,5 mln. barel azaldılması optimal olmaz. 

KONKRET.az– ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Energetika nazirinin müavini Pavel Sorokin söyləyib.

“Fevralda apardığımız təhlillər göstərdi ki, koronavirusun yayılması kontekstində vəziyyətə kəskin təsir göstərmək mümkün deyil”, – deyə P. Sorokin qeyd edib.

Onun fikrincə, “OPEC+” çərçivəsində müzakirə edilən gündəlik neft hasilatının əvvəlcə 600 min, sonra isə 1,5 mln. barel azaldılması təklifləri koronavirusun dünya iqtisadiyyatına vurduğu zərbə ilə müqayisədə bir damcıdır.

“Effekt verməyəcək hərəkətlər etmək rasional deyil”, – deyə P.  Sorokin əlavə edib.

Xatırladaq ki, martın 6-da “OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,7 mln. bareldən əlavə daha 1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Hazırkı razılaşmanı sadəcə cari ilin II rübünün sonunadək uzatmağın mümkün olduğunu bildirib. Nəticədə, aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır və Səudiyyə Ərəbistanı, mediada yayılan məlumatlara görə, hasilatı artırmaq və neftin qiymətini aşağı salmaq niyyətində olduğunu açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*