Nazirlik Yasamalda güllələnən şəxslərin vəziyyətini açıqladıbackend

Nazirlik Yasamalda güllələnən şəxslərin vəziyyətini açıqladı

Yasamal rayonunda baş verən silahlı insident nəticəsində xəstəxanaya 2 kişi çatdırılıb.

KONKRET.AZ xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, 22 dekabr saat 23:30-da döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu ilə 30 yaşlı, saat 00:40-da isə sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı kişi Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Həkimlər hər iki yaralıya lazımı tibbi yardım göstəriblər, onların vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, Bakının Yasamal rayonu, Şərifzadə küçəsində silahlı insident baş verib.

1989-cu il təvəllüdlü Muradov Zülfü mübahisə etdiyi naməlum şəxs tərəfindən tapança ilə güllələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*