“Zoobulvar”dakı alpakanın saxlanma şəraiti qaydalara uyğun deyil” – YENİLƏNİB + FOTObackend

 “Zoobulvar”dakı alpakanın saxlanma şəraiti qaydalara uyğun deyil” – YENİLƏNİB + FOTO

“Alpakanın hazırkı vəziyyəti qənaətbəxş olsa da, saxlanma şəraiti baytar-sanitariya qaydalarına uyğun deyil”.

KONKRET.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəvəti ilə “Zoobulvar”a ezam olunmuş baytar-həkim Fədail Gəncəliyev bildirib.

Onun sözlərinə görə, kliniki müayinə zamanı heyvanda travmatik yara müşahidə olunub: “Heyvanın xarici orqanlarının vəziyyəti yaxşı olsa da, arxa sağ budunda travmatik yara var. Bu yara hazırda saxlandığı yerə gəlməzdən əvvəl olub. Bununla bağlı onun bütün müalicələri davam etdirilir, biz də öz tövsiyələrimizi vermişik. İmmuniteti zəif olduğundan ona vitamin terapiya da olunur. Heyvanın genobalansını qaldırmaq üçün bir sıra dərmanlar məsləhət görmüşük”.

Baytar-həkim deyib ki, heyvan qapalı şəraitdə saxlandığına görə stres keçirir: “Hazırda saxlandığı yerdə həddindən artıq səs-küy var və işıqlandırma güclüdür. Həmçinin digər heyvanlarla çox yaxın yerləşdiriblər. Bu heyvanlarda genetik xüsusiyyətlər var və bu da onların daha geniş ərazidə yaşamağını tələb edir”.

19:33

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıda fəaliyyət göstərən “Zoobulvar” adlı obyektdə araşdırmalara başlayıb.

Bu barədə KONKRET.az-a nazirlikdən məlumat verilib.

“Sosial şəbəkələrdə “Zoobulvar” adlı mərkəzdə yaxşı olmayan şəraitdə saxlanıldığı deyilən alpakanın görüntüləri yer alıb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat təqdim olunacaq”, – açıqlamada bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*