Nazirlikdə vakant vəzifəyə təyinat olubbackend

Nazirlikdə vakant vəzifəyə təyinat olub

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişiklikləri olub.

KONKRET.az-ın məlumatına görə, bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rövşən Yəhyayev İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl nazirin əmri ilə İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov və Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mətləb Kərimov Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyət prinsiplərinə zidd hərəkət etdikləri üçün vəzifələrindən azad edilmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*