Nazirliyin aparat rəhbəri İŞDƏN AYRILDIbackend

Nazirliyin aparat rəhbəri İŞDƏN AYRILDI

Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vasif Eyvazzadə vəzifəsindən ayrılıb.

KONKRET.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında bildirib.

“Artıq iş həyatımın növbəti mərhələsini nazirlikdən ayrılaraq digər istiqamətlərdə fərqli statusda inkişaf etdirmək qərarını verdim”, – deyə Eyvazzadə yazıb.

O, fəaliyyətini Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının rəhbəri olaraq davam etdirəcək.

Qeyd edək ki, V.Eyvazzadə 2020-ci ilin avqustunda nazirliyin aparat rəhbəri təyin olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*