Nazirliyin əməkdaşları erməni terroru nəticəsində ağır xəsarət almış şəxslə görüşdübackend

Nazirliyin əməkdaşları erməni terroru nəticəsində ağır xəsarət almış şəxslə görüşdü

Erməni terrorundan zərər çəkən həmvətənlərimizdən biri də Bərdə rayon sakini Şirinov Elçin Həvəskar oğludur. 36 yaşlı Elçin erməni faşistlərinin 28 oktyabrda Bərdəyə raket hücumu nəticəsində xəsarət alıb, ayağı amputasiya olunub.

KONKRET.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Elçin və ailəsi ilə görüşüblər.

Ailə dörd nəfərdən (özü, həyat yoldaşı, 10 və 6 yaşlarında iki uşağı) ibarətdir.

Elçinə yaxın günlərdə əlillik təyinatı aparılacaq, sonra isə aylıq sosial ödənişlə təmin olunacaq. Bu barədə ona məlumat verilib.

Həmçinin, taksi fəaliyyəti ilə məşğul olmuş Elçinin avtoyuma üzrə özünüməşğulluq proqramına qoşulmaq istəyi nəzərə alınmaqla, növbədənkənar bu proqrama cəlb edilib. Yaxın günlərdə avtoyuma üzrə xidmət sahəsini yaratmaq üçün lazımi avadanlıqlarla təmin olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*