Nazirliyin tərkibində yeni İDARƏ yaradıldıbackend

Nazirliyin tərkibində yeni İDARƏ yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmri ilə nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin paytaxtdakı 1, 2, 3, 4, 5, 6 və 23 saylı regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinin bazasında Xidmətin Bakı şəhər İdarəsi yaradılıb.

KONKRET.AZ xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, məqsəd Dövlət Əmək Müfəttişliyi Xidmətinin strukturunun optimallaşdırılması və qurumun idarəetməsinin yaxşılaşdırılması, yerli qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasıdır.

Əmrlə həmçinin Xidmətin yerli orqanları haqqında Əsasnamə və Xidmətin strukturu da təsdiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*