Nə baş verdi ki, Azərbaycanın Avropada əhəmiyyəti növbəti beş il ərzində artdı?backend

Nə baş verdi ki, Azərbaycanın Avropada əhəmiyyəti növbəti beş il ərzində artdı?

“Cənub Qaz Dəhlizi” Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq.

Bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol deyib.

Onun sözlərinə görə, cari miqyasından əlavə “Cənub Qaz Dəhlizi” Xəzər regionundan əlavə qaz mənbələrini geniş Avropa bazarı ilə birləşdirə bilər:

“Növbəti beş il ərzində Avropa qaz bazarlarında idxal tələbatının ildə 50 milyard kubmetrədək artacağı gözlənilir. Çünki daxili istehsal azalmaqda davam edir və “Cənub Qaz Dəhlizi” kimi tədarük mənbələri Avropaya qaz tədarükünün təhlükəsizləşdirilməsi və mənbələrin şaxələndirilməsi baxımından vacib əhəmiyyət daşıyacaq”.

F.Birol bildirib ki, “Cənub Qaz Dəhlizi” Avropa İttifaqı tərəfindən böyük dəstək görür:

“Layihə başa çatdıqdan sonra Mərkəzi və Cənub-Şərqi Avropaya tədarükün şaxələndirilməsi və etibarlılığının güclənməsinə kömək edəcək. Layihə Avropa İttifaqı tərəfindən dəstəklənib və ümumi maraq kəsb edən prioritet tədürük dəhlizləri arasında yer alıb”.

Ləman Zeynalova

 

 

 

 

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*