“Nə qədər ki, Rusiya Qarabağdadır, bir o qədər də müharibə ehtimalı qalır” – İLGİNC PROQNOZbackend

“Nə qədər ki, Rusiya Qarabağdadır, bir o qədər də müharibə ehtimalı qalır” – İLGİNC PROQNOZ

Rusiya Azərbaycanda və Ermənistanda iç savaşlarını qızışdırmaqla Qarabağda etdiklərindən həm bizim, həm də ermənilərin diqqətini yayındırır.

KONKRET.az xəbər verir ki, belə bir açıqlama ilə iqtisadçı-alim Qubad İbadoğlu çıxış edib.

Qubad İbadoğlunun fikrincə, Rusiya Ermənistandakı hakimiyyəti kənardan olan müxalifətlə, Azərbaycanda isə daxildəki qruplaşmalarla mübarizəyə sövq etməyə və hər iki tərəfi nəzarətdə saxlamağa çalışır:

“Bununla da Rusiya həm Ermənistanda kənardan olan özünə bağlı müxalifəti, həm də Azərbaycanda daxildə özünə bağlı qrup və klanları asılı vəziyyətə salır”.

İqtisadçı hesab edir ki, Rusiya paralel olaraq Qarabağda uzunmüddətli dövrdə təsir və nəzarət üçün sistemli fəaliyyət həyata keçirir:

“Rusiya hərbi gücləri Qarabağda məskən salmağa, rus dilini dövlət dili etməklə Qarabağ ermənilərinin Kremlə inteqrasiyasını gücləndirməyə çalışır. Bununla da onları özündən asılı vəziyyətə salmağa səy göstərir”.

Qubad İbadoğlunun sözlərinə görə, əslində nə qədər ki, Rusiya Qarabağdadır, bir o qədər də müharibə ehtimalı qalır:

“Odur ki, diqqətli olmalı, Qarabağda baş verənlərə ictimaiyyətin əvvəlki marağını bərpa etməliyik. Hər gün və hər an Qarabağda baş verənlərdən yazmalı, danışmalıyıq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*