Nə Rusiya, nə də Türkiyə müharibəyə başlamaz – Rus mediasıbackend

Nə Rusiya, nə də Türkiyə müharibəyə başlamaz – Rus mediası

“Biz elə yaranmışıq ki, hər şeydə bir kabus axtarırıq. Belə ki, təyyarələr türk qoşunlarını bombalayanda, hamı üçüncü dünya müharibəsinin başlayacağı haqda sərlövhələri fikirləşirdi”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Exo Moskvı” nəşrinin icmalçısı özünün köşə yazısında səsləndirib.

O, daha sonra belə yazır: “Əslində bu müharibəyə başlamamağın hər iki tərəfdən bir neçə səbəbləri var.

Türkiyə bu müharibəyə başlamayacaq, çünki Rusiya dünyada ikinci orduya malikdir. NATO-nun qarşılıqlı müdafiə müqaviləsinin beşinci bəndinə baxmayaraq, heç kim Türkiyəyə hücum etməyib. Çox böyük ehtimalla amerikalı (Alman, İngilis və s.) əsgərlər Suriyada Türk müharibəsi zamanı ölmək istəyəcək.

Rusiya Türkiyənin ən böyük ticarət (turizm) tərəfdaşlarından biridir, hesab edirəm ki, Ərdoğan Putinin vətəndaşlarına hansı ölkədə dincəlməyin vacibliyi haqda dediklərini unutmayıb. Türkiyədə rus silahları da var. Rusiya ilə müharibə aparsa, bu silahların təmiri barədə unutmaq lazımdır.

İndi Rusiya haqqında danışaq. Rəsmi Moskva da müharibə başlamayacaq, çünki NATO-da ABŞ-dan sonra ikinci ən güclü ordu Türkiyənindir. Əgər tammiqyaslı müharibə başlansa, Türkiyə Suriyanı tamamilə işğal edəcək, onun quru sərhədi var, Rusiyanın isə yoxdur. Əgər genişmiqyaslı müharibə olarsa, Krım bizim olmayacaq, Türkiyənin olacaq. Rusiyanın itkiləri dəhşətli olacaq, bu da yoxsulların köklü qəzəblənməsinə gətirib çıxaracaq. Sonra xalq heç də uzaqda olmayan Navalnını daha çox sevəcək.

Bu müharibəyə ehtiyac duymayan Kremlin ən yaxın  dost və yoldaşlarının necə davranacağı bilinmir. Ukrayna bu müharibədən mütləq faydalanacaq, bunun necə olduğu aydındır. Xəndəkdə berdanka ilə uzanan Prilepin vəziyyəti xilas edə bilməyəcək. Və bu, yalnız üzdə olan şeylərdir. Maddi maraqlarınızı axtarırsınızsa, danışacağınız bir şey yoxdur.

Ərdoğanın isə şəxsiyyəti var, lazım gələndə sərt və aqressiv olur. Arxasında monolit, vahid bir xalq var, hər gün kürdlər, iranlılar və suriyalılarla döyüşür. Belə ki, bunlar özlərini çox nahaq yerə Ərdoğanla ölçürlər.

Yeri gəlmişkən, rus xalqı haqqında nə demək olar? Bəli, biz onun haqda unutduq. Və xalq növbəti dəfə bütün türklərin mühasirəsində olacaq. Bununla bağlı sosial şəbəkələrdə Yolkinin gözəl bir karikaturası paylaşılıb. Putin dayanır və “Güllə atmayın, əlimdə girov var” deyə qışqırır. Onun girovu əlində möhkəm sıxdığı böyük bir qırmızı pomidordur.

Burada təsvir olunan hər şeyə qətiyyətlə inanıram. Ancaq bir aydınlıq gətirmək lazımdır. Bir dəfə qətiyyətlə inandım ki, Rusiya nə Gürcüstan, nə də Ukrayna ilə vuruşacaq. Bu, mənə  absurd görünürdü. Ancaq səhv etdim”.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*