Nə vaxta qədər 50 manat verib domen alan və təhqir yağdıran saytlar məsuliyyətdən kənar qalacaqlar? – ETİRAZbackend

Nə vaxta qədər 50 manat verib domen alan və təhqir yağdıran saytlar məsuliyyətdən kənar qalacaqlar? - ETİRAZ

“Təzə dəb düşüb. Kimisə ləkələmək istəyirlərsə, onun fotolu posterini hazırlayırlar, aşağıdan da ağılagəlməz sitat yazırlar. Guya bu sözləri o şəxs deyib. Rəylərdə də ağılagəlməz söyüşlər”.

KONKRET.az xəbər verir ki, bu fikirlərin müəllifi telejurnalist və yazıçı Azər Qismətdir. Onun sözlərinə görə, sonra jurnalistlər o şəxsdən müsahibə alırlar ki, bu sözü deyib, ya yox? Həmin şəxs də belə söz demədiyinə and içir: “Belə bir hadisə bu günlərdə Sabir Rüstəmxanlı ilə baş verdi. “Daldan atılan daş topuğa dəyər” misalı ilə artıq şair barədə təhqirli rəylər yüzlərlə hesablandı. Amma məlum oldu ki, Rüstəmxanlı belə ifadə səsləndirməyib. Bu məsələnin təhlilində müsbət tərəf ondan ibarətdir ki, ağıllı adamlar posterlərə o sözləri yazan reket saytların məqsədini anlayırlar. Toplum isə düşünmədən od püskürür. 5-i inanır, 15-i isə inanmır. Onda belə çıxır ki, istənilən xadimi gözdən salmaq mümkündür və bunun məsuliyyəti daşınmayacaq. Nə vaxta qədər 50 manat verib domen alaraq təhqirlərə yol verən saytlar məsuliyyətdən kənarda qalacaqlar? Axı buna nəzarət mexanizmi tətbiq edilməlidir”.

Uşaqlaşan yazıçılar – Azər Qismət | SENET.AZ

Azər Qismət əlavə edib ki, taleyin ümidinə buraxılan bu məsələnin həlli tapılmasa, hələ çox insan gözdən salınacaq: “Arxada duran əsas məqsəd bilirsiz nədən ibarətdir? Hörmətli şəxsləri gözdən salıb cəmiyyətdə etibarsızlıq mühiti yaratmaq. Sabah milli məsələ qalxanda, ölkənin müqəddaratını həll edən hadisə baş verəndə hörmətli şəxslərin, ictimai xadimlərin sözlərinin, məsləhətlərinin keçərli olmamasıdır. Bu da xaosa yol açmağın incə üsuludur. Reket sayt və qəzetlərə nəzarət olmalıdır cənablar! Yoxsa kənardan durub baxmaq yaxşı heç nə vəd etmir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*