Ötən il açıqlamasında “Kurtlar vadisi”nin efirə geri dönəcəyini deyən aktyor Necati Şaşmaz Həcc ziyarətinə yollanıb.
KONKRET.az xəbər verir ki, Şaşmazın ziyarətdən fotoları sosial şəbəkədə paylaşılıb. Uzun müddətdir gündəmdən uzaq həyat yaşayan “Kurtlar vadisi”nin Polad Alemdarı iyunun sonunda səfərə yollanıb.
Qeyd edək ki, Necati sonuncu dəfə 2017-ci ildə sözügedən serialda rol alıb. O, serialın uzun fasilədən sonra bu il efirə qayıdacağını bildirib.//Axşam.az