Neft 2045-ci ilə qədər dünyada ən tələb olunan yanacaq növü olacaqbackend

Neft 2045-ci ilə qədər dünyada ən tələb olunan yanacaq növü olacaq

Neftin dünya istehlakında payı azalmağa başlasa da, 2045-ci ilə qədər ən tələb olunan yanacaq növü olaraq qalacaq.

KONKRET.az xəbər verir ki, bu barədə OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) “World Oil Outlook” (WOO) adlı illik hesabatına istinadən xəbər verir.

Təşkilatın proqnozuna görə, neftin qlobal enerji balansında payı 2045-ci ilə qədər indiki 31%-dən 29%-ə qədər azalacaq, eyni zamanda o, ən tələb olunan yanacaq növü olaraq qalacaq.

Ümumilikdə, OPEC ekspertlərinin gözlədiyi kimi, neft və qaz enerji istehlakının 50%-dən çoxunu təşkil edəcək.

Hesabatda qeyd olunur ki, bazarın qısamüddətli təhrifinə baxmayaraq, qaza tələbat kömür və biokütlənin əvəzlənməsi hesabına artacaq. “2030-cu ilə qədər qaz kömürü əvəz edəcək və enerji balansında ən çox istehlak edilən ikinci yanacaq növü olacaq”, – hesabatda vurğulanır.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*