Milli Məclisin 21 iyunda keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə yeni dəyişikliklər təklif edilib. Təklif edilən dəyişikliklərdə müxtəlif qaydapozmalara və hallara görə qüvvədə olan cərimə məbləğlərinin artırılması nəzərdə tutulub.
Məsələn, xidməti parklanma yerlərində avtomobil saxlayanlar üçün yeni cərimə tətbiq ediləcək. Velosiped yollarında hərəkət edəcək nəqliyyat vasitələrinin sürücüləri 100 manat cərimə ediləcək. Azərbaycanda parklanma qaydalarının pozulmasına görə də yeni cərimələr müəyyənləşir. Məcəlləyə təklif edilən yeni 346-1.6-cı maddəyə görə enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanmasına görə 20 manat məbləğində cərimə tətbiq ediləcək.
Bəs cərimələrin artırılmasının səbəbləri nədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadi ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda Tarif Şurası tərəfindən tənzimlənən vergilərin və cərimələrin artım trendini görürük.
“Adətən cərimə artımları ilə bağlı müxtəlif səbəblər göstərilir. Məsələn, yol hərəkəti ilə bağlı cərimələrin artımına gedərkən bunun tıxacların qarşısının alınması məqəsdilə edildiyi idiia edilir. Amma getdikcə açıq şəkildə görünür ki, Azərbaycanda ciddi şəkildə büdcə problemi var. Neft resursları kəskin şəkildə azalır. Belə olduqda isə hasilat və satdığımız neftin həcmi də azalır. Ona görə də müxtəlif üsullarla büdcə daxilolmalarının artırılmasına xidmət edəcək dəyişikliklər görəcəyik”.
Mədinə Useynova
KONKRET.az
Zamaninda zavod, fabrik qurmadilar…yalniz ogurladilar!!!,neticesi ozunu gosterir…10 il sonra ise, facie…gunahkar kimdir?!
Hər millət layiq olduğu yaşayır…