Neft mədənində tapılan yaralı kərkəs xilas edildi – FOTO-VİDEObackend

Neft mədənində tapılan yaralı kərkəs xilas edildi - FOTO-VİDEO

Neft mədənində tapılan yaralı kərkəs xilas edilib.

KONKRET.az xəbər verir ki, ayağından və qanadlarından yaralanan qara kərkəs Səbail rayonunda SOCAR-ın “Bibiheybət” Neft və Qazçıxarma İdarəsinin ərazisində tapılıb.

Belə ki, neft buruqlarının arasında köməksiz vəziyyətdə qalan nadir quş mədən ərazisinin mühafizəsini təşkil edən “Security Operatiyon Services” şirkətinin əməkdaşları xidmət etdikləri sahədə gəzərkən diqqətlərini çəkib.

Onlar quşu neft buruqlarının arasından götürüb şirkətin mərkəzi binasına gətirib. Quşa su və yem verilib. Daha sonra “Security Operatiyon Services” şirkəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Əraziyə gələn 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən quşun “Qırmızı Kitab”a daxil edilmiş qara kərkəs olduğu müəyyən edilib. Nadir quş nazirlik əməkdaşlarına təhvil verilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*