Neftçalada 65 yaşlı kişi ürək tutmasından hamamda öldübackend

Neftçalada 65 yaşlı kişi ürək tutmasından hamamda öldü

Neftçala şəhərində yerli sakin hamamda ölü tapılıb.

KONKRET.az-ın “Report”a istinadla məlumatına görə, hadisə Neftçala şəhər M.Ə. Rəsulzadə küçəsində qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan, 1956-cı il təvəllüdlü Dadaşov İxtiyar Hüseynalı oğlu yuyunmaq üçün hamama gedib.

Bir müddətdən sonra yaxınları hamamda onun cansız bədənini aşkar ediblər.

İlkin məlumata görə, İ.Dadaşovun ürək tutmasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*