Neftçalada avtomobil kollektora aşdı – Ər-arvad xəsarət aldıbackend

Neftçalada avtomobil kollektora aşdı - Ər-arvad xəsarət aldı

Neftçalada baş verən yol qəzasında ər-arvad xəsarət alıb.

KONKRET.az-ın məlumatına görə, hadisə Xolqaraqaşlı kəndində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə minik maşını yolun kənarındakı kollektora düşüb.

Qəza nəticəsində rayon sakinləri – 1988-ci il təvəllüdlü Haqverdiyev Tural Eldar oğlu və həyat yoldaşı Haqverdiyeva Leyla Əbülfəz qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Fakt araşdırılır./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*