Neftçala sakini evində yanaraq ölüb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonunun Xolqarabucaq kəndində Əzizov Bəylər Xurşid oğluna məxsus evdə qeydə alınıb.
Fərdi yaşayış evində baş verən yanğında mənzil sakini 2001-ci il təvəllüdlü Bayram Bəylər oğlu Əzizov yanaraq ölüb. 1995-ci il təvəllüdlü Babək Bəylər oğlu Əzizov yanıq xəsarətləri ilə Neftçala xəstəxanasına yerləşdirilib.
Yanğın FHN tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.