“Neftçi”nin baş məşqçisi: “Çətin rəqibə qarşı yaxşı oyun göstərdik”backend

"Neftçi"nin baş məşqçisi: “Çətin rəqibə qarşı yaxşı oyun göstərdik”

“Həyəcanlı oyun idi”.

KONKRET.az-ın məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXII turunda “Qəbələ” ilə heç-heçə nəticələnən (2:2) oyun barədə danışarkən deyib.

Abasov matçdan sonra təşkil edilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Çətin səfər matçında çətin rəqibə qarşı yaxşı oyun göstərdik. Yaxşı mübarizə oldu. Həddən artıq qol epizodlarımız oldu. Təəssüf ki, dəyərləndirə bilmədik. Sona kimi döyüşəcəyik. Bəzi dəyişikliklər etməyimiz normaldır. Təzyiqi aradan qaldırmaq, uşaqları rahatlatmaq üçün bu dəyişiklikləri etməyə məcburuq. Futbolçularımız bu gün can yandırdılar. Bəzi epizodlarda riskli oynadılar. Bu da qələbə istəyindən qaynaqlanırdı. 3 xal almadığımız üçün bəlkə də, üzülürük. Əlimizi aşağı salmaq ixtiyarımız yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*