“Neftçi” növbəti transferini açıqladıbackend

“Neftçi” növbəti transferini açıqladı

“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

KONKRET.az-ın klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Xaçayevlə 2 illik müqavilə imzalanıb.

Donetsk “Şaxtyor”unun yetirməsi olan 27 yaşlı müdafiəçinin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub.

O, Sumqayıt təmsilçisində “Neftçi”nin hazırkı baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da oynayıb.

Qeyd edək ki, M.Xaçayev milli komandamızın heyətində 1 oyun keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*