“Neftçi” öz meydanında “Sabah”a məğlub oldubackend

“Neftçi” öz meydanında “Sabah”a məğlub oldu

Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyunları bu gün start götürüb.

KONKRET.az xəbər verir ki, günün növbəti qarşılaşmasında “Neftçi” “Sabah”la üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada azarkeşlər 3 qola şahidlik edib. Samir Abasovun yetirmələri “Sabah”la bacarmayıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” doğma meydanda “Qarabağ”a qalib gəlib – 1:0.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri aprelin 23-də keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*