“Neftçi” “Qarabağ”a böyük hesabla UDUZDUbackend

"Neftçi" "Qarabağ"a böyük hesabla UDUZDU

“Qarabağ” Azərbaycan Premyer Liqasında “Neftçi”ni məğlub edib.

KONKRET.az xəbər verir ki, mövsümün ilk derbisi VII turda baş tutub.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib – 4:0.

“Neftçi”dən Robert Bauer 18-ci dəqiqədə avtoqol müəllifi olub. 29-cu dəqiqədə Olavio Juninyo, 45+3-cü dəqiqədə Yassin Benzia, 90+1-ci dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran “köhlən atlar” liderliyə yüksəlib. “Ağ-qaralar” 4 xalla 8-9-cu yerləri bölüşdürür.

Qeyd edək ki, günün ilk matçında “Şamaxı” “Kəpəz”i məğlub edib – 2:0. VII turun digər oyunları sentyabrın 21-22-də baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*