Nemtsovu öldürən şəxsin həbsxanadan şəkili yayıldı – FOTObackend

Nemtsovu öldürən şəxsin həbsxanadan şəkili yayıldı - FOTO

Rusiyalı siyasətçi Boris Nemtsovu öldürən məhkum Zaur Dadayevin həbsxanadan fotoşəkilləri sosial şəbəkədə paylaşılıb.

KONKRET.az xəbər verir ki, şəkillər bu gün “Podyom” Telegram kanalında yayılıb.

Kanalın məlumatına görə, şəkillər 2018-ci ilin iyulunda çəkilib, sonra “Scanner Project” layihəsi bu fotolara diqqət ayırıb. Şəkillərdə digər məhkumların arasında oturan Dadayev təsvir edilib.

Qeyd edək ki, o zaman məhkum İrkutsk şəhərindəki hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları üçün 3 saylı ciddi rejimdə cəza çəkmişdi.

Boris Nemtsov 27 fevral 2015-ci ildə Kremlin yaxınlığında Moskva körpüsündə güllələnib. İstintaqın versiyasına görə, cinayətin ehtimal olunan təşkilatçısı Ruslan Muxutdinov ifaçılara 15 milyon rubl təklif edib.

Nemtsovun öldürülməsinə görə Çeçenistanın beş sakini, o cümlədən Dadayev məhkum edilib, onlar 11-20 il müddətinə azadlıqdan məhrum olunub. Dadayev 2018-ci ilin noyabrınadək  İrkutskda cəza çəkib, sonra isə qanun pozucusu kimi bir illiyə Anqarskda həbsxana tipli koloniyaya köçürülüb və orada tək kamerada qalıb.

“Rosbalt”ın məlumatına görə, 2019-cu ilin payızında Dadayevi yenidən İrkutska qaytarıblar.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*